Şirvanda 52 yaşlı qadın boğularaq qətlə yetirildi - ƏMƏLİYYAT-AXTARIŞ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

Şirvanda 52 yaşlı qadın boğularaq qətlə yetirilib.


APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə təxminən saat 00:00 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsi 12 ünvanında qeydə alınıb. 
Fevralın 5-də səhər saatlarında 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin istintaq zamanı məlum olub ki, naməlum şəxs və ya şəxslər həmin ünvanda yerləşən fərdi yaşayış evinin pəncərəsindən içəri daxil olaraq evdə tək yaşayan, 52 yaşlı Durna Dadaşovanın əl-qolunu bağlayıb, boyun nahiyəsindən yapışqanla sıxaraq boğmaqla qətlə yetiriblər. 


Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. İstintaq tərəfindən qətli törədən şəxs və şəxslərin qarət məqsədi ilə evə quldur basqını etməsi versiyası və digər halların olmasını araşdırırlar.  


Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən hadisənin təfərrüatlarını və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. 
 

Müəllif | Apa.Tv
Apa.tv