Şirvanda ağır qəza – 1 NƏFƏR ÖLDÜ, 2 NƏFƏR YARALANDI

Şirvanda 22 yaşlı gəncin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA TV-nin Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Yaşar Ağayev avtomobili ilə  dönməkdə olan sərnişin mikroavtobusuna çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin 1998-ci il təvəllüdlü Fərid İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Sürücü və digər sərnişin 1999-cu il təvəllüdlü Maşallah Həmidov isə xəstəxanaya yerləşdirilib.

Ölən şəxsin sıxılmış meyiti  avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv