Şirvanda ana və 8 yaşlı oğlunu maşın vurdu

Şirvanda azyaşlını avtomobil vuraraq öldürüb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri köhnə şəhər massivində qeydə alınıb. "Wolksvagen" markalı avtomobil təkərinin partlaması nəticəsində aşıb və yol kənarında dayanan Şirvan sakini, 2013-cü il təvəllüdlü Aslanov Rəvan Rafayıl oğlunu və azyaşlının anası 1988-ci il təvəllüdlü Aslanova Ruqayə Vidadi qızını  vurub. 8 yaşlı Rəvan Aslanov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ananın isə boyun fəqərəsi sınıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv