Şirvanda avtomobil piyadanı vuraraq öldürüb

Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə  Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində baş verib. “Hyundai” markalı 99 UB 868 dövlət nömrə nişanlı avtomobil yolun kənarında dayanan Şirvan sakini, Tağıyev Musa Cəlil oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv