Şəhərin mərkəzində piyadanı maşın vurdu - VƏZİYYƏTİ AĞIRDIR
Şirvanda avtomobilin vurduğu piyada ağır xəsarətlər alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.
"Mercedes" markalı avtomobil yolu keçən 62 yaşlı Ağayev Zakir Zahid oğlunu vurub. O, qapalı kəllə-beyin travması diaqnozu ilə Şirvan xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.