Şirvanda bir nəfər özünü körpüdən Kürə atıb

Şirvanda bir nəfər özünü körpüdən ataraq intihar edib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-Sabirabad istiqamətində Kür çayı üzərində yerləşən körpüdə qeydə alınıb. Şəxsiyyəti məlum olmayan bir nəfər körpünün piyada keçidindən özünü çaya ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntihar edən şəxsin kimliyi və hadisənin təfərrüatları araşdırılır. Hadisə yerində meyitin axtarışlarını həyata keçirmək üçün FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

 

Əlibəy Zrynallı, Elçin Həsənov, APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv