Şirvanda “Ədiş” ləqəbli narkotacir tutulub

Şirvanda əvvəllər məhkum olunmuş narkotacir saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan polis şöbəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 1991-ci il təvəllüdlü Rəsulov Ədalət Bəyməmməd oğlunu şərti alıcıya 100 manat müqabilində 1,780 qram güclü təsirli narkotik vasitə olan metafetamin satarkən saxlayıb. İstintaq tərəfindən nişanlanan 100 manatlıq əskinas saxlanılan şəxsdən götürülərək, sübut kimi protokollaşdırılıb.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və soyuq silah gəzdirmə ittihamı ilə 2 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfinən cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv