Şirvanda ərlə arvad dəm qazından zəhərlənib – ƏR ÖLÜB
Şirvanda dəm qazından zəhərlənmə hadisəsi, şəhərin Mahir Mirzəyev 23 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.
APA Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakinləri olan ər və arvad – 1978-ci il təvəllüdlü Asim Süleymanov və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Süleymanova Zeynəb Akif qızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Asim Süleymanov reanimasiyaya daxil olana qədər yolda keçindiyi qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.