Şirvanda həmyerlilər arasında dava, 3 nəfər bıçaqlandı

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1997-ci il təvəllüdlü Ədalət Qəribov münaqişə zəminində həmyerlisi, 1990-cı il təvəllüdlü Şəhriyar Əhmədovu bıçaqlayıb.

Hadisə yerinə gələn Bəxtiyar Əhmədov isə qardaşının qisasını almaq üçün Ədalət Qəribovu və onun qardaşı, 2001-ci il təvəllüdlü Teymur Qəribovu bıçaqlayıb.

Hər iki qardaş Şirvan şəhər xəstəxanasına çatdırılaraq əməliyyata olunub. Boyun nahiyəsindən yüngül  bıçaq xəsarəti alan Şəhriyar Əhmədov isə cərrahiyyə şöbəsində yardım aldıqdan sonra evə buraxılıb.

Bəxtiyar Əhmədovun saxlanılması istiqamətində Şirvan polisi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv