Şirvanda iki nəfəri maşın vurub - QAYDA POZUNTUSU
Şirvan şəhərində iki piyadanı maşın vurub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən Heydər Əliyev prospektində qeydə alınıb.
“Mercedes” markalı avtomobil yolu qırmızı işıqda keçən Şirvan şəhər sakinləri - 1962-ci il təvəllüdlü İmanova Lətifə İzzət qızı və 1970-ci il təvəllüdlü Atayev Rövşən İzaməddin oğlu ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.