Şirvanda karantin qaydalarını pozan 104 nəfər cərimə olunub

Şirvanda karantin qaydalarını pozan 104 nəfər cərimə olunub.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi Şirvan şəhərinin giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar aparılması davam edir. Bu məqsədlə Şirvan şəhərinin giriş və çıxışlarında 24 saat ərzində gecə və gündüz fəaliyyət göstərən 3 stasionar post quraşdırılıb.  Həmin stasionar postlarda 2020-ci il  dekabrın 14-dən  bu günə kimi  6989 avtomobil yoxlanılıb, postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 853 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.

 

Eləcə də qeyd olunan şəhər üzrə yaradılmış PPX birgə qrupları tərəfindən yoxlanılan 1239 nəfərdən karantin rejimi qaydalarını pozan 104 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə  inzibati protokollar yazılaraq cərimələr tətbiq olunub.

 

Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan və yaşıdığı ünvanı icazəsiz tərk edən  34 koronavirus xəstəsi müəyyən edilib. Onlardan 28 nəfər barəsində araşdırma aparılır, 5 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1. maddəsi ilə cinayət işi açılıb. Bir nəfər barədə material Sabirabad polis şöbəsinə göndərilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv