Şirvanda karantin rejimini pozan sürücü və sərnişinlər cərimələndi

Şirvanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün giriş-çıxışlarda qurulan postlar təkmilləşdirilərək polis əməkdaşlarının 24 saat ərzində fəaliyyəti üçün tam hazır vəziyyətə gətirilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, belə ki, postlara polislərin istirahəti üçün müvəqqəti vaqonlar qoyulub, gecə saatlarında fəaliyyət göstərmək üçün əraziyə işıqlandırma sistemi quraşdırılıb.

Artıq bu gün gecə saatlarından postlar tam karantin rejiminin yeni qaydalarına uyğun, gücləndirilmiş iş rejimində fəaliyyətə başlayacaq. 

Qeyd edək ki, Şirvan şəhərinin giriş və çıxışlarında qurulan postlarda bu günə kimi qaydaları pozan 60-dan çox sürücü və sərnişin cərimələnib.

Müəllif | Apa.Tv
Apa.tv