Şirvanda körpə doğuşdan sonra ölüb

Şirvan şəhərində bu gün saat 00.30-da yeni doğulan körpə ölüb. 

APA Tv-nin Mul-Muğan bürosunun məlumatına görə, Şirvan sakini,1995-ci il təvəllüdlü İsmayılova Gültən Möhübbət qızının dünyaya gətirdiyi qız uşağı doğuşdan sonra ölüb. 

Həkimlərin fəaliyyətindən  narazı qalan qohumlar hüquq-mühafizə orqanlarına müraciət ediblər. Yeni doğulan körpənin meyiti müayinə olunmaq üçün Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirlib.

Ananın yaxın qohumlarının qeyd etdiyinə görə, hamiləlik dövrü normal keçib və həkimlər tərıfindən dölün normal inkişaf etdiyi bildirilib.

Faktla bağlı Şirvan prokurorluğu  tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv