Şirvanda küçələrdə dezinfeksiya işləri aparılır

 

Şirvanda koronavirusa qarşı küçələrdə dezinfeksiya işləri aparılır.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, küçələr, bina girişləri, parklar və əhalinin sıx olduğu ərazilərdə dezinfeksiya işləri davam etdirilir.

 

Martın 3-dən başlayan dezinfeksiya işləri Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir. İxtisaslaşmış şəkildə həyata keçirilən dezinfeksiya işləri xüsusi avadanlıq və geyimlərin köməyi ilə yerinə yetirilir. Eyni zamanda dezinfeksiya işləri bütün təhsil və səhiyyə müəssisələrində, marketlərdə, ticarət mərkəzlərində və ictimai iaşə obyektlərində də mütəmadi olaraq aparılır.

Qeyd edək ki, Şirvan şəhərində koronovirusla bağlı dövlət qurumları və digər obyektlərlə yanaşı, bu gündən etibarən yaşayış binalarında da dezinfeksiya tədbirlərinə başlanılıb. Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, şəhər ərazisində virus əleyhinə dezinfeksiya işləri bundan sonra da davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv