Şirvanda mənzildə qaz balonu partladı

Şirvanda beşmərtəbəli yaşayış binasında yanğın olub.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsi 17, mənzil 28 ünvanında baş verib.

Həmin mənzildə qaz balonunun partlaması nəticəsində evdə yanğın olub. Yanğın zamanı mənzildə 2 nəfər ev sahibi tüstüdən zəhərlənərək, Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Yanğın Şirvan şəhər Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv