Aşan maşın 10 şamı məhv etdi - 4 NƏFƏR ÖLÜMDƏN DÖNDÜ

Şirvanda minik avtomobili aşıb.
 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Şirvan sakini - 1991-ci il təvəllüdlü Namiq Eldar oğlu Mahmudovun idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarındakı ağaclara və dekorativ kollara çırpılaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 27 yaşlı Nurani Ələkbər oğlu Şahbazov, 27 yaşlı Vüqar Mətləb oğlu Əliyev və 26 yaşlı Sabir Rövşən oğlu Əlizadə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Ş
əhər təsərrüfatına ziyan dəyib. Belə ki, 10-a yaxın çoxillik şam ağacı sıradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv