Şirvanda narkotacir tutuldu – ƏVVƏLLƏR DƏ MƏHKUMLUQ HƏYATI YAŞAYIB

Şirvanda narkotacir həbs edilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, polis şöbəsi əməkdaşlarının keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan sakini, əvvəllər də məhkum olunan, 1985-ci il təvəllüdlü İrahim Mirzəyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış zamanı ordan 29 qram heroin, bir neçə bükümdə ümumi çəkisi 32,24 qram metamfetamin və üzərində narkotik vasitənin izi olan bir ədəd elektron tərəzi  aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv