Şirvanda narkotik satan 5 nəfər yaxalandı

Şirvanda narkotik satan şəxslər saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik satışı ilə məşğul olan 5 nəfər yaxalanıb: “Şirvan sakinləri, 1988-ci il təvəllüdlü Beydiyev Ramil Pənah oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Məhəmməd Ağakərim oğlu və 1988-ci il təvəllüdlü Ağayev Əliqulu Adıgözəl oğlu saxlanılan zaman onların üzərindən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb”.

Əməliyyat tədbirlərinin  davamı olaraq əvvəllər məhkum olunmuş Şirvan sakini, 1965-ci il təvəllüdlü Cabil Məmmədov da saxlanılıb. Onun üzərindən 5.012 qram tiryək, 42.782 qram heroin, 1.4 qram metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, narkotiki  əvvəllər məhkum olunmuş Şirvan  sakini, 1992-ci il təvəllüdlü Ağami Mirmövsüm Cabil Məmmədova 270 manata satıb.

Saxlanılan Ağami Mirmövsümün üzərindən 2.882 qram heroin, yaşadığı evin həyətindən isə 9 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv