Şirvanda oğul yumruqla atasını qətlə yetirib – MÜLK ÜSTÜNDƏ

Şirvanda oğul atasını mülk üstündə yumruqla qətlə yetirib

 APA Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində yerləşən mənzildə baş verib. Aralarında mənzil mülkü üstündə münaqişə edən 43 yaşlı Xanışov Elşən Zeynal oğlu, atası- 1949-cu il təvəllüdlü Xanışov Zeynal Əsgərxan oğlunu yumruqla vurub. 71 yaşlı ahıl ata yumruğun zərbəsindən ciddi travma alıb və  xəstəxanaya çatırılarkən yolda keçinib.

Elşən Xanışov polis tərəfindən saxlanılıb. Zeynal Xanışoviun meyiti  Şirvan məhkəmə tibb ekspertiza və pataloji anatomiya mərkəzində müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.
Qeyd edilir ki, ata qatili olan Elşən narkotik maddə istifadəçisi olub.

Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv