Şirvanda ölümlə nəticələnən yol qəzası baş verib
Şirvanda baş verən qəzada bir nəfər ölüb APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri dəmir yolu stasiyasının "çeşidləmə" hissəsində baş verib. VAZ 2106 markalı avtomobilin aşması nəticəsində Şirvan sakini, 2007-ci il təvəllüdlü Həsənov Emin Elvin oğlu hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.