Şirvanda özünü çaya atmaq istəyən gənc xilas edildi

Şirvanda özünü çaya atmaq istəyən gənc xilas edildi.

APA TV-nin Mil-Muğan bürosununməlumatına görə, Sabirabad rayonunun Moranlı kənd sakini, 1997-ci il təvəllüdlü Camallı Camal Mirzə oğlu Şirvan və Sabirabad ryaonlaının birləşdirən Kür çayı üzərindəki körpünün üzərinə çıxaraq oradan özünü çaya atamaq istəyib.

Valideyinləri ilə mübahisə edən 23 yaşlı gənclə Şirvan şəhər polis şöbəsinin Post Patrul Xidmətinin bölmə rəisi polis polkovniki İsmayıl Hacıyev psixoloji söhbətdən sonra onu  fikirindən daşındırıb.

Polis şöbəsinə dəvət olunan gənclə profilaktik söhbət aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv