Şirvanda rels mıxlarını oğurlayan şəxs tutuldu
Şirvanda dəmir yolundan oğurluq edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Şirvan regional qrupundan APA TV-yə verilən məlumata görə, ötən gün dəmir yol ustası Coşqun Salmanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Xətt Polis Bölməsinə müraciət edərək Xıdırlı-Qaragüney dəmir yolu mənzilinin 15-ci kilometrliyində 47 ədəd rels altlığının və ona məxsus 188 ədəd rels bərkidici dəmir mıxın oğurlandığını bildirib.
Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Hacıqabul rayonunun Atbulaq kənd sakini Həbib Şıxəliyev saxlanılıb.
Dindirilmə zamanı Həbib Şıxəliyev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı rels altlıqları və mıxlar isə ona məxsus evin həyətindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.