Şirvanda sərxoş şəxsi maşın vurub öldürdü

Şirvanda sərxoş vəziyyətdə olan piyadanı avtomobil vuraraq öldürüb.                           

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Gülbala Şıxbala oğlu küçəsində baş verib.

"Chevrolet" markalı avtomobil sərxoş vəziyyətdə qəfil yola çıxan Şirvan sakini, 1958-ci il təvəllüdlü İlham İbrahimovu vurub və o, Şirvan Şəhər Mərkəzi  Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv