Şirvanda yanğın: işıqlar kəsildi - KÜLƏYİN FƏSADLARI
Şirvanda transformatorun yanması nəticəsində 300 abonent işıqsız qalıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gün əsən külək Şirvanda bir sıra fəsadlar törədib. Güclü küləyin əsməsi nəticəsində yüksək gərginlilki kabellərdə qısaqapanma yaranıb. Nəticədə Şirvan şəhəri Xəqani küçəsində yerləşən 400 kVa-lıq transformator alışaraq yanıb.
Yanğının söndürülməsinə Şirvan Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və yaxınlıqda olan tikililər alovdan mühafizə olunub.
Saat 4:00 radələrində transformator bərpa edilib və elektrik enerjisinin verilişi bərpa olunub.