Şirvanda yolu keçən piyadaları maşın vurdu
Şirvanda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə “Mercedes” markalı avtomobil yolu keçən Şirvan sakinləri, 1963-cü il təvəllüdlü Hicran Cəfərov və 1971-ci il təvəllüdlü Mürvət Abasəliyevi vurub.
Hər iki yaralı Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.