Şirvanda yolu keçmək istəyən piyadanı maşın vurdu

Şirvanda piyadanı avtomobil vuraraq ağır yaralayıb.


APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Şirvan şəhəri H. Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı 99 KR 319 dövlət nömrə nişanlı avtomobil yolu keçən Şirvan şəhər sakini, 32 yaşlı Əmənov Rəşad Rafiq oğlunu  vurub. Nəticədə piyada ağır kəllə-beyin travması alaraq komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini kritik qiymətləndirir. Yaralı piyada xəstəxanaya onu vuran sürücü tərəfindən çatdırılıb. 


Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.  
 

Müəllif | Apa.Tv
Apa.tv