“Sitrus vadisi”nə tur təşkil edilib - LƏNKƏRANDA

“Sitrus vadisi”… Bəli, mövzu cənub bölgəmizlə bağlıdır. 


APA TV-nin yerli bürosunun məlumatına görə, Lənkərana bu ad altında aqrotur təşkil edilib.


İstisu qəsəbəsinə gələn yerli və əcnəbi qonaqlara bölgənin sitrus bağları ilə zəngin olduğu barədə məlumat verilib.

Cey Sinqxin ölkəmizdə fəaliyyət müddəti bir ili təzə ötüb. O, xeyli bölgəmizi məhz aqroturlar vasitəsilə gəzib və aqroekoturizmin Azərbaycandakı potensialı ilə bağlı pozitiv düşünür:
“Ənənəvi kənd təsərrüfatı sahəsinə ötən 5 il ərzində 11 milyon dollar sərmayə qoymuşuq. Bizimlə birgə işləyən fermerlərlə 75 milyon dollarlıq əlavə ixraca nail olmuşuq. Bu, o deməkdir ki, bizim qoyduğumuz hər bir dolların əvəzində 7 dollar əlavə ixraca nail olunub”.

 

"Sitrus vadisi"nə gəlincə. 15 hektar ərazidə feyxoa, naringi və kivi bağlarını artıq 150-ə yaxın turist gəzib: “Bir var ki, 2 ay bağdan, təsərrüfatdan gəlir götürəsən, bir var bütün ilboyu. 2 aydır ki, biz bu layihəyə başlamışıq. 2 ay müddətində hər həftəsonu bizim turistlərimiz olur. Bu da ki, gəlir mənbəyidir. Bu layihədən təkcə biz yox, bütün kənd camaatı yararlana bilir. Onlar da öz məhsullarını burada bizim təşkil etdiyimiz satış yarmarkalarında təqdim edə bilir”.

Qeyd edək ki, 18 dekabr tarixində Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə turizm şirkətləri ilə görüş keçiriləcək. Məqsəd gələcəkdə maarifləndiriləcək 500 fermerin təsərrüfatlarına həm yerli, həm də xarici turistlərin səfərini təşkil etməkdir.

 

Müəllif | Apa.Tv
Apa.tv