Şıx çimərliyində oğurluq
Çimərlikdə oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 14-də Şıx qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfərin içərisində 950 manatı, bank kartları və sənədi olan cüzdanını oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Kamil Zahidov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.