Siyavuş Novruzov: “Səfirlər üç qat maaş almaqdan ötrü Azərbaycanı döyüş bölgəsi kimi təqdim edirlər”
“Uzun illər Azərbaycanı döyüş bölgəsi kimi təqdim ediblər, turistlər də belə təqdim olunan bölgələrə gəlməyə çəkinirlər”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Turizm haqqında” qanunun müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Parlamentin komitə sədri bildirib ki, bu tendensiya Türkiyədə, Gürcüstanda da artıq müşahidə edilir: “Artıq bu ölkələrə gələn turistlərin sayında da azalma var. Bu, sistemli şəkildə aparılır. Bunlar turistlərin Avropa ölkələrinə cəlb edilməsinə yönəldilən addımlardır. Azərbaycanda turizmin inkişafı üçün kifayət qədər şərait var. Biz reklamlarımızda bunu təbliğ etməliyik”.