Siyavuş Novruzov YAP İcra katibinin müavini vəzifəsindən istefa verib

Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən istefa edib.

 

APA TV-nin xəbərinə görə, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib. 

 

Qeyd edək ki, COVID-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozaraq keçmiş deputat İlham Əliyevin övladının toyunda iştirak etdiyinə görə, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib.

Müəllif | Apa.Tv
Apa.tv