Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs yaxalandı
Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Şahin Hacıyev saxlanılıb. Ona məxsus evin həyətindən ümumi çəkisi 38 kiloqram 500 qram olan çətənə kolu, eləcə də 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.