Siyəzəndə faciə, üç nəfər öldü
Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, "Mercedes Vito" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Beşdam kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində üç nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
.