Siyəzəndə koronavirus xəstəsi işə çıxıb

 

Siyəzəndə yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstəsi müəyyən edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayonun Sədan kənd sakini Rufanə Əliyevanın karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

 

Şöbə əməkdaşları tərəfindən Rufanə Əliyeva satıcı kimi işlədiyi mağazada aşkarlanaraq yaşadığı ünvana qaytarılıb.

 

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Siyəzən RPŞ-də araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv