Siyəzəndə maşın yoldan çıxaraq aşdı

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Rəşad Quliyevin idarə etdiyi nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri alıb.

 

Fakt araşdırılır.

 

Vəli Turan

 

Müəllif | Apa.Tv
Apa.tv