Siyəzəndə minik və yük maşını toqquşdu, 3 nəfər öldü
Siyəzəndə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
38 yaşlı Elxan Əhmədovun idarə etdiyi "Renault" markalı avtomobillə "Kamaz" markalı yük maşınının toqquşması nəticəsində Elxan Əhmədov, onun sərnişinləri, Siyəzən rayon sakinləri - 26 yaşlı Şamo Əliyev və 29 yaşlı Turan Əsgərov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırmalar aparılır.