Siyəzəndə yol qəzasında ata və 3 yaşlı oğlu ölüb
Siyəzəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. ata və azyaşlı oğlu dünyasını dəyişib. Ölənlərin Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri - 37 yaşlı Samit Əmirov və onun 3 yaşlı övladı Elnur Əmirli olduğu bildirilir. Qəzada 7 nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlıdır. Xəsarət alanlardan 3-ü Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Azyaşlılardan biri Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Xəsarət alanlardan ikisi Bakıdakı Kliniki Tibbi Mərkəzə, biri isə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Vəli Turan, Rizvan Hacıyev, APA TV