Siyəzənin bu kəndinin sakinləri qayadakı mağaranı tövlə kimi istifadə edirlər
Bura Siyəzən rayonunun Qalaşıxı kəndidir. Buranı başqa kəndlərdən fərqləndirən onun qayalarıdır. Kəndin ərazisində dağınıq şəkildə səpələnmiş irili-xırdalı qayalar mövcuddur. Kəndin kənarında içərisində mağara olan böyük bir daş qaya da durur. Bu qayanın içindəki mağarada yerli sakinlər tərəfindən tövlə kimi istifadə edilir.