Sizə bu diaqnoz qoyulubsa, pulsuz sağala biləcəksiniz

ABŞ-da təsis edilmiş “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının şəhid ailələrinin üzvləri və qazilərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirdiyi layihələr davam edir. Azərbaycanda Psixoloji reabilitasiya imkanlarının artırılması layihəsi çərçivəsində növbəti təlimlərə başlanılıb. Bu gün təlimlərin  ikinci günüdür. 

17 klinik psixoloq bu  2 gün ərzində ABŞ-ın Müharibə Veteranlarının İşləri Departamentinin Yazılı Ekspozisiya Terapiyası (YET) üzrə icraçı direktoru Brayn Marks tərəfindən hibrid şəkildə təşkil olunan təlimlərində iştirak ediblər.Qeyd edək ki, “For Azerbaijan” Xeyriyyə Təşkilatı qlobal maliyyə, investisiya, inkişaf təşkilatlarında aparıcı mövqelərdə çalışan həmvətənlərimiz tərəfindən yaradılmış və hazırda Bakı nümayəndəliyinin xətti ilə müxtəlif dövlət və özəl qurumlarla şəhid ailələri və qazilərə yönəlik sosial layihələri icra edir.

Müəllif | Apa.Tv
Apa.tv