Slovakiyalı müşahidəçi: “Seçkilərdə hər şey demokratik qaydada təşkil olunub”

“Müşahidə apardığım bütün seçki məntəqələrində insanlarla ünsiyyətdə oldum, heç bir qanun pozuntusu ilə qarşılaşmadım".

 

APA TV-nin məlumatına görə, bunu Slovakiya parlamentinin müşahidə missiyasının üzvü, Slovakiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek bildirib.

 

Onun sözlərinə görə, seçkilərdə hər şey demokratik qaydada təşkil olunub:

"Məntəqələrdə vətəndaşlarla ünsiyyətdə olan zaman gördüm ki, onlar hamısı parlament seçkilərində iştirak etməkdə maraqlıdırlar. Seçkilərdə Yeni Azərbaycan Partiyası üstünlüyü əldə edib. Bu münasibətlə Azərbaycan Prezidentini və partiyanı təbrik edirəm. Azərbaycan xalqına uğurlar arzu edirəm”.

 

Azərbaycanda 10-cu dəfədir olduğunu deyən Peter Marçek bildirib ki, ötən illər ərzində Bakı çox dəyişib, şəhər inkişaf edib. Buna görə də o, öz ölkəsindən olan iş adamlarına Azərbaycana investisiya qoymaq üçün çağırış edib və ölkəmizdə bunun üçün münbit şəraitin olduğunu vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv