"Sobsan" boya fabrikindəki yanğın söndürülüb

 “Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb”.

APA TV-nin xəbərinə görə, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

O bildirib ki, artıq yanğının yayılma təhlükəsi yoxdur:

- Yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı 5-i Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmaqla, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bəzilərinə ambulator yardım göstərilərək, öz iş yerlərinə qayıdıblar.

Nazir müavini qeyd edib ki, ilkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tez alışan maddələr əksəriyyət təşkil edib. 

Hadisə şahidlərinin sözlərinə görə, sakinlərin avtomobilləri FHN-nin texnikasının bina ərazisinə girməsinə maneə olub:

 

Zərərçəkmiş şirkətin hüquqşünası Pərviz Hüseynov bildirib ki, hadisədən iş günün sonunda xəbər tutublar:

 

 

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib və müvafiq tapşırıqlarını verib.

 

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerində olub.

 

Qeyd edək ki, “Sobsan” boya fabrikində baş vermiş yanğın söndürülüb. Hal-hazırda ərazidə soyutma işləri aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv