SOCAR səmt qazlarının emissiyasını sıfıra çatdıracaq

SOCAR bu ilin axırına kimi hasilatda səmt qazlarının emissiyası üzrə 0 göstəriciyə çıxmağı planlaşdırır.

 

APA TV xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxış edərkən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib. Onun sözlərinə görə, 2021-ci ildə bu göstərici 2% səviyyəsində olub.

 

Rəfiqə Hüseynzadə qeyd edib ki, SOCAR karbonlaşsızdırma, enerji effektivliyi, səmt qazlarının yığılması və digər ekoloji məsələlər üzrə də aktiv fəaliyyət göstərir.

Müəllif | Apa.Tv
Apa.tv