Şokdan ayılmayan əsir həbsə atılıb - VİDEO
Azərbaycanın Ermənistana qaytardığı keçmiş əsir Aren Aramyanla bağlı qalmaqallar səngimir.
Yerli KİV-lərin yaydığı xəbərə görə, hazırda həbsdə olan Aramyan müalicə olunmur və bu proses onun əlilliyi ilə nəticələnəcək.
Qeyd edək ki.Aramyan 44 günlük savaş zamanı, noyabrın 16-da Zəngəzurda əsir düşüb.
Aren post rəhbəri imiş. Döyüş zamanı diz nahiyəsindən yaralanıb və əsir götürülüb. Azərbaycanda iki dəfə əməliyyat olunsa da, ölkəsinə qaytarılandan sonra həbsə atılıb və müalicə prosesi dayandırılıb.
Aramyanın vəkili jurnalistlərə bildirib ki, o, şokdan qurtulmadan həbsə atıldığı üçün niyə həbs edildiyini də anlamır.
Erməni mediası yazır ki, 44 günlük müharibədən sonra komandanlıq Aramyana xüsusi orden təqdim edibmiş. İndi isə həmin dırnaqarası qəhrəmanın müalicəsindən belə imtina edirlər.