Son 6 ayda 40 baş iribuynuzlu heyvan oğurlanıb - GORANBOYDA

 

Goranboyun Meşəli kəndində son 6 ayda 40 başdan çox iribuynuzlu heyvan oğurlanıb.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, həyət və otlaq sahələrində baş verən oğurluqlar nəticəsində 10 nəfər Kəlbəcər rayon sakini zərər çəkib.

Sakinlər deyir ki, oğurluq hadisələri təxminən ötən ilin avqust-sentyabr aylarından başlayıb.

Kənd sakini Mürşüd Zeynalov isə hətta iki dəfə qarət olunub. Belə ki, birinci dəfə 6, ikinci dəfə isə 8 baş iribuynuzlu malı oğurlanıb.

Yerli sakinlər ən qısa zamanda oğruların tapılıb cəzalandırılacağına ümid edir. Əks halda, onlar oğurluq hadisələrinin davam edəcəyini deyirlər.

Faktla bağlı Xocalı Polis Şöbəsində araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv