SON DƏQİQƏ: Polis rəisi iş otağında öldü

Azərbaycanda polis əməkdaşı iş başında ölüb. 

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakı şəhərində qeydə alınıb. 

 

Paytaxtın Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi polis polkovnik-leytenantı Zəka Səfərov iş otağında qəfil dünyasını dəyişib. 

 

Onun ürək tutmasından öldüyü bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv