SON DƏQİQƏ: Rövnəq Abdullayev vəzifəsindən azad olundu

Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib

 

 

Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib.

 

APA TV-nin xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Dövlət başçısının digər sərəncamı ilə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Müəllif | Apa.Tv
Apa.tv