Son dəqiqədə əldən verilən qələbə – APA TV
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer Leverkuzen" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2. 26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Juninyo qonaqları növbəti dəfə məyus edib.
Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib. Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.