Sosial ödəniş alan vətəndaşlara endirimlər tətbiq olunacaq

Dövlət Sosial Müdafiə Fondunun mətbuat konfransında İdarə Heyətinin sədri Himalay Məmişov bildirdi ki, pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir. O əlavə edib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək. Həmçinin qeyd olunub ki, sosial ödəniş alan vətəndaşlara sosial dəstək məqsədilə DSMF tərəfindən "Sosial tərəfdaş" layihəsinin icrasına başlanılıb. Belə ki, sosial ödəniş alan vətəndaşlar ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara endirimlər tətbiq olunur.

ORXAN ASLAN RASİM BƏHRAMİ APA TV

Müəllif | Apa.Tv
Apa.tv