Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs tutuldu
Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunun təbliğ ilə bağlı videolar yayan daha bir şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, rayonun Privolnoye kənd sakini Könül Ağayeva saxlanılıb.
Könül Ağayeva barəsində protokol tərtib edilib. Onun barəsində toplanan materiallar Cəlilabad Rayon Məhkəməsinə göndərilib.