Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs tutuldu

“İnstagram” sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulu ilə bağlı videolar yayan şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin səhifənin sahibi, paytaxt sakini Rəşid Məmmədov yaşadığı Sabunçu rayonu ərazisində tutulub.

 

Təyin edilmiş ekspertizaların nəticəsində Rəşid Məmmədovun mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

 

Rəşid Məmmədov 20 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv