Sosial şəbəkələrdəki səhifələrimizi “Giveaway” kampaniyalarından necə qoruyaq?
Sosial şəbəkə istifadəşilərinin yaxşı bildiyi bir termin var: “Giveaway”. “Giveaway”lər sosail şəbəkə səhifələrində aktivliyi, izləyici sayını artıran lotoreya tipli oyundur. “Giveaway”lər istifadəçilərə müxtəlif şərtlərlə, müxtəlif hədiyyələr təklif edir. Bəs bu “giveaway”lərin təsirləri nələrdir? Mütəxəssislər deyirlər ki, burda əsas məqsəd şirkətlərin məhsullarının və xidmətlərinin tez bir zamanda geniş kütləyə çatdırılmasıdır. Amma izləyici sayını çoxaltmaq həmişə sizin xeyrinizə olmur. İzləyici sayınız çoxaldıqdan sonra səhifənizdə hər hansı post paylaşanda, alqoritm postunuzu əvvəlcə izləyiciləriniz bir qisminə göstərir. Auditoriyanın həmin posta olan reaksiyasına baxır. Sonra digər hissəyə göstərir və bu üsulla aktivliyi ölçür. İnsanların göstərdiyi reaksiyalara əsasən alqoritm başa düşür ki, bu post səhifənin auditoriyasına maraqlıdır, ya yox. Əgər maraqlıdırsa, daha çoxuna göstərməyə çalışır, əksidirsə, paylaşımları daha az insana çatdırır. Sizin səhifəni “giveaway”dən sonra izləyənlər də məcburi gəlmiş izləyicilər olduğuna görə, sizin postlarınıza maraq göstərməyəcəklər. Alqoritm də buna uyğun olaraq sizin hər növbəti postunuzu daha az şəxsə çatdıracaq və beləliklə səhifəniz çöküşə doğru gedəcək. Bəs bu “giveaway”lər vətəndaşlara verilən vəddləri həqiqətən də yerinə yetirir? Bəs “giveaway”in fəsadlarından necə qorunaq? Mütəxəssislər məsləhət görür ki, daha düzgün yollarla, davamlı yaradıcı kontentlər hazırlayaraq, ödənişli reklamlardan istifadə edərək izləyicilərin marağını cəlb edə bilərsiniz. Qeyd edək ki, bu minimum 2-3 ayınızı ala bilər.
AYGÜN CARÇIYEVA, VÜSAL BAYRAMOV, APA TV